turklehceleri.org

yavaşca

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yavaşca

zərf Astaca, üsulluca, yavaşcadan, hiss etdirmədən, səs çıxarmadan, bildirmədən. Yavaşca yerindən durdu. Yavaşca kənara çəkildi. – Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə. Zeynal yavaşca addımları ilə Mehribana yaxınlaşdı. S.Hüseyn. ..Qoşqar yavaşca qalxıb dinməz-söyləməz kabineti tərk edəndə Sultan elə bil yuxudan ayıldı. İ.Hüseynov. // Başqalarına eşitdirmədən, astadan, yavaş səslə. Qulluqçu .. sözünün axırını yavaşcadan söyləyərək, qızarmış bir halda otaqdan çıxdı. Çəmənzəminli. Ana Südabəyə yavaşca: – Qızım, Firidunu qonaq çağırsana, – dedi. M.İbrahimov.


Last searches: