vuruşmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
vuruşmaq
f.
1. Döyüşmək, savaşmaq, çarpışmaq. Düşmənlə vuruşmaq. – Gəl indi cəbhəyə, yoldaş olaq biz; Bir cüt aslan kimi vuruşaq qoşa. S.Vurğun.
2. Dalaşmaq, kötəkləşmək, bir-birini vurmaq (yumruqla, ağacla və s. ilə).
3. məc. Bir şey uğrunda mübarizə etmək, bir şeyi əldə etməyə ciddiyyətlə çalışmaq. Bol məhsul uğrunda vuruşmaq.
4. məc. Mübahisə etmək, höcətləşmək, bəhsləşmək. Mollayev savadlı adamlarla vuruşanda daha amansız olurdu. M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
vuruşmaq
I. döyüşmək, çarpışmaq, savaşmaq
{dövüşmek, çarpışmak, savaşmak}
II. höcətləşmək, bəhsləşmək
{zıtlaşmak, tartışmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
vuruşmaq
savaşmak