turklehceleri.org

sarıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sarıq

is.
1. bax. çalma3 1-ci mənada. [Mərsiyəxan] məğrur bir halda .. nəleynini geydi və iki əli ilə tirmə sarığını düzəltdi.. Çəmənzəminli. Mən sənə buyururam ki, bu saat gedib bu sarığı başından açasan, açmasan, vay sənin halına. E.Sultanov.
2. bax. sarğı 1-ci mənada. Qan quruyub sarığı daşa döndərmişdi. Ə.Əbülhəsən. Aslan cibindəki paketdən sarıq çıxarıb dedi.. S.Vəliyev.
3. Sarğı ilə bağlanmış şey, bağlı. Müəllim birinci sarığı açdı. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sarıq

çalma, bağ, bint
{bandaj, bağ, sargı}


Last searches: