turklehceleri.org

qələt

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qələt

is. [ər.] Səhv, yanlış, xata, yanılma. Qələt söyləmək. Qələt yazmaq. – A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qaçaqlığı lap qələt anlayırsan. M.F.Axundzadə. Xub, günahımızdan keç, bir qələtdi elədik, bundan sonra təklifimizi bilərik. C.Məmmədquluzadə. [Turac:] Mənim qələtim çıxmadı? C.Cabbarlı. • Qələt eləmə! dan. – xəbərdarlıq, hədə, saqındırma bildirir. Dadaşım ikiəlli yapışardı qulaqlarımdan, qovzardı göyə .. və deyərdi: “Di get, bir də belə qələt eləmə!” C.Məmmədquluzadə. Qələt eləmək dan. – tövbə etmək, bir daha etməyəcəyinə söz vermək. [Tarverdi:] Vay, aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam, tövbə olsun, tövbə, tövbə! M.F.Axundzadə. Nə qələt eləyirsən? dan. – sənin nə ixtiyarın var, sənin heç bir sözün ola bilməz, sən nəçisən. [Həmzə:] Vaxta ki, mən və anan razıyıq, sən [Səriyyə] nə qələt eləyirsən? C.Cabbarlı.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qələt

hata


Last searches: