turklehceleri.org

qiraət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qiraət

is. [ər.] Müəyyən üsul və qayda ilə oxuma. Qiraət dərsi. – ..Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar. C.Məmmədquluzadə. Aqil şeri bərkdən və qiraətlə (z.) oxuyurdu. Ə.Vəliyev. // Ümumiyyətlə oxuma; mütaliə. Qiraət etmək. Qiraətlə məşğul olmaq. • Qiraət zalı (otağı) – qəzet, kitab və s. oxumaq üçün zal, otaq, qiraətxana, mütaliə otağı. Qiraət zalında Vahidin bir masası vardı. Mir Cəlal. ‣ Qiraət koması – kəndlərdə mədəniyyət sarayları meydana gəlmədən qabaq: mədənimaarif ocağı. [Cahan:] Hər yerdə qiraət koması açılır. Ə.Haqverdiyev. Məktəb uşaqlarının köməyi ilə tarla düşərgəsində qəşəng bir qiraət koması düzəlmişdi. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qiraət

oxu, mütaliə
{okuma, inceleme}


Last searches: