qat&
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qat
is.
1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin laylarından hər biri; lay, təbəqə. Torpağın alt qatları. Yer kürəsinin dərin qatları. Havanın üst qatları. – Bir sıra neftli sahələrin dərin qatlarında olan neft layları hələlik tədqiq edilməmişdir. M.Qaşqay. // Qədim təsəvvürə görə, göyün qübbələrini təşkil edən hər təbəqədən biri. • Göyün (göylərin) qatı – çox uca mənasında. Göylərin qatına ucaldı fəryad; O qırğın Qafqazda tutar qoymadı. S.Vurğun. Fələki dolanır göyün qatını. M.Rahim.
2. Mərtəbə. Tövlə evin alt qatında idi. S.Hüseyn. Yeddimərtəbə binanın üçüncü qatında balkonu küçəyə baxan mənzil xüsusi bir səliqə ilə düzəlmişdi. S.Rəhimov.
3. Bükülmüş parçanın, kağızın və s.-nin hər bükümü. Parçanı dörd qat qatladım. // Büküş yeri, qırış. Bu parçanı qat kəsmişdir. // İpdə tel, burum. İpin qatını açmaq.
4. Dəfə, kərə (adətən rəqəmlərlə). Saldıqca cavanlıqda keçən günləri yadə; Dərdim olur on qat. M.Ə.Sabir. ‣ Dalı qatda, arxası qatda – dal tərəfdə, arxa tərəfdə, arxası üstdə. Şahsənəm dönüb Qəribi dalı qatda görən kimi atılıb, boynuna sarıldı. “Aşıq Qərib”. ...qat – qoşulduğu sayın göstərdiyi qədər çox mənasında mürəkkəb sifət düzəldilir; məs.: birqat, ikiqat və s. qat-qat zərf
1. Üfüqi halda bir neçə təbəqə; lay-lay, çin-çin, təbəqə-təbəqə. Qatqat yığılmış kitab. Qat-qat yoğurulmuş fətir. // Qatlar, laylar halında. Bitki materiallarını qurudarkən onları qat-qat nazik halda sərib gündə 1-2 dəfə çevirirlər. Əliyev.
2. Bir neçə dəfə, dəfələrlə. Qat-qat artıq. Qat-qat üstün. Qat-qat yaxşı. – Dərsə xan sevinəcək, öyünəcək, oğluna məhəbbəti qatqat artacaqdır. M.Rzaquluzadə. Özlərindən qat-qat çox olan kərtənkələ rəngli düşmənlə əlbəyaxa, ölüm-dirim çarpışmasında idilər. Ə.Əbülhəsən.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qat
I. lay, təbəqə
{üst, tabaka}
II. mərtəbə
{mertebe}
III. büküm
{kıvrım}
IV. dəfə, kərə
{defa, kez}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qat
kat
Uzbek—English Dictionary (Dirks, 2005)
qat
1: layer, fold; page; row, line.
2: time(s).qat 3 coll.s. qayer.qat 4 arch.a small tablet made of bone used for cutting the tip of a reed pen upon.
5: (Arabic) s. qat'.
Uzbek—English Dictionary (Dirks, 2005)
qat(')
obs. (Arabic) ~ Et- to overrun; to cut off.
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
qat
I Kat. Ikki kat – İki kat.
II Alt, bodrum. Öyning qétida – Bodrumda.
Last searches: