turklehceleri.org

nişan

Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)

nişan

[Köken: Farsça] (İşaret, İz) Belgi, Damga

[Köken: Farsça] (Evlenme) Adaklanma, Gudalanma, Yaraşma

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

nişan

и. 1) ярәшү; 2) туй ярәшүне билгеләү мәҗлесе; 3) билге, тамга; 4) мәрә (мишень); 5) төбәү, төзәү; 6) орден (бүләк)

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

nişan

Türkiye Türkçesi: nişan
Azerbaycan Türkçesi: nişan
Başkurt Türkçesi: bildä bilgi
Kazak Türkçesi: belgi
Kırgız Türkçesi: belgi
Özbek Türkçesi: nişàn älàmät
Tatar Türkçesi: bilgi tamğa
Türkmen Türkçesi: nışãn bellik alãmat
Uygur Türkçesi: nişanä nişan
Rusça: znak

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

nişan

Türkiye Türkçesi: nişan
Azerbaycan Türkçesi: nişan
Başkurt Türkçesi: kodalav yaraşıv
Kazak Türkçesi: nekelesüv
Kırgız Türkçesi: söykö tağū kudalō
Özbek Türkçesi: ünäşiş
Tatar Türkçesi: kodalau yaraşu
Türkmen Türkçesi: ãdağlama
Uygur Türkçesi: yarişiş
Rusça: obruçeniye

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

nişan

is. [fars.]
1. Əsər, əlamət, iz. Vidadi xəstəni gəl indi tanı; Hanı o sən görən şəklü-nişanı? M.V.Vidadi. Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. A.Səhhət. Coşqun irmaq kənarında; Nə qızlardan bir nişan var; Nə oğlanlar islıq çalır; Nə qaynayan, nə coşan var. Ə.Cavad. • Nişan qoymaq – sonradan tanımaq, bilmək üçün işarə vurmaq, qeyd eləmək, nişanlamaq. Kitabın səhifələrinə nişan qoymaq. – İndidən çıxın, otaq seçin, nişan qoyun! Hazır olan kimi ora köçün! Mir Cəlal. Nişan vermək – tanıtmaq, göstərmək, bildirmək, adını vermək. [Heydər bəy:] A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. M.F.Axundzadə. [H.Ərəblinskini] “böyük artist” – deyə bir-birinə nişan verirdilər. S.Rəhman.
2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişanə. Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. “Koroğlu”. [Hacı Mehdi:] Övrətin bir para nişanların [Gülpəriyə] sadaladım. Ə.Haqverdiyev. // Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri. Üzündə qılınc yarasının nişanı var. Qolunda güllə nişanı var.
3. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə. Nişanı vurmaq. • Nişan almaq (götürmək) – silahı hədəfə tuşlamaq, yönəltmək. [İlyas:] Mən irəli atıldım və bir qızdırma içərisində Tərlanın altındakı qaşqanı nişan alaraq, lap yaxında tətiyi çəkdim. Ə.Məmmədxanlı. Nişan alıb ox atmağı, nə çarə; Daş ürəkli mələklərdən öyrəndim. M.Müşfiq. Nişana qoyub atmaq – hədəf edib güllə ilə vurmaq. Ovçu ov tapmayanda öz papağını nişana qoyub atar. (Ata. sözü).
4. bax. nişangah 2-ci mənada.
5. Hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatirəsinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli metal və s.-dən hazırlanmış xüsusi lövhəcik. Universitet nişanı. Döş nişanı. Qızıl nişan. – Səttarzadə Gəldiyevin döşündəki .. nişanına baxıb dedi: – Yaxşı igid dayısına çəkər. Mir Cəlal.
6. Oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər. Nişan üzüyü. Nişan xonçası. Nişan paltarı. – [Orxan:] Üzük, nişan yalnız könüldür, könül; Olma çocuq, sən gəl mənə ver könül. H.Cavid. [Yunis Yaquta:] Bu nişan pozulmalıdır. Ə.Məmmədxanlı. • Nişan qoymaq (taxmaq, vermək, aparmaq) – qızı nişanlamaq, üzük vermək, ad eləmək. [Sultan bəy:] ..Bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Ü.Hacıbəyov. Nəriman inşaat mühəndisi diplomunu alan günün sabahı Kərim bəy yaxın yoldaşları ilə əncirli həyətə nişan apardılar. Mir Cəlal.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

nişan

əlamət, işarə, əsər, damga, iz
{alamet, işaret, eser, damga, iz}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

nişan

amaç, fiş, gösterge, nişan, rozet, simge


Last searches: