turklehceleri.org

dəyirman

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dəyirman

is. Dəni üyüdüb una və ya yarmaya çevirmək üçün müxtəlif qurğuları olan karxana, müəssisə. Yel dəyirmanı. Su dəyirmanı. Buxar dəyirmanı. – Dəyirmanın yaraşığı torba-çuvaldır. (Ata. sözü). Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. C.Məmmədquluzadə. • Qəhvə dəyirmanı – qəhvə üyütmək üçün kiçik maşın (dəyirman). Əl dəyirmanı – əllə hərəkətə gətirilən, yarma və s. üyütmək üçün kiçik maşın. ‣ Dəyirman kimi üyüdüb tökmək – çox danışmaq, boş-boş danışmaq. Dəyirman xoruzu – çox sağlam, qıvraq adam haqqında. Dəyirman şahadı – dəyirmanda üyüdülən dəndən götürülən üyütmə haqqı. Dəyirmanın boğazından salsan (altdan) diri çıxar – son dərəcə zirək və diribaş adam haqqında.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dəyirman

değirmen


Last searches: