Qada
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qada
is.
1. Bəla, dərd, müsibət, fəlakət. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu”. Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. C.Cabbarlı.
2. “Qadası” şəklində – yalvarış, yaxud nəvazişli xahiş – xitab bildirir. Qadası, de görüm, axı bu nə əhvalatdır? M.S.Ordubadi. [Mahmud arvadına:] Bu kələyə razısanmı? ..İndi gəl üzündən öpüm, qadası!.. B.Talıblı. ‣ Qadan(ı) alım! – yalvarışlı, yaxud nəvazişli xahiş bildirir. [Şahbaz bəy:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzadə. Qadan allam, ey qara göz, sənə bu əda neçindir? S.Ə.Şirvani. Motalpapaq, kürklü bir kişi komandana yaxınlaşaraq dedi: – Qadan alım, komandir, biz ağsaqqallar təvəqqe edirik ki, bizdən də bir neçəmizi özünüz ilə aparasınız. H.Nəzərli. Qadam sənə (olsun)! – qarğış ifadəsi. Qadası canıma – əzizləmə, pərəstiş ifadəsi. Başını buladı, gözündən güldü; Güləndə qadası canıma düşdü. Aşıq Ələsgər.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qada
bəla, dərd, müsibət, fəlakət
{bela, dert, musibet, sıkıntı}
Uzbek—English Dictionary (Dirks, 2005)
qa'da
(Arabic) a mourning rite performed in the house of a close relative of the deceased. ~ qarimas no hurry, will be done in due time.