turklehceleri.org

Orqan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

orqan

I. [yun. organon – alət]
1. İctimai həyatın hər hansı bir sahəsində müəyyən vəzifəni ifa edən idarə, təşkilat və s. Səhiyyə orqanları. Ali hakimiyyət orqanı. İnzibati orqanlar.
2. Hər hansı bir partiyaya, ittifaqa, idarəyə mənsub olub onun fikrini və fəaliyyətini ifadə edən qəzet, jurnal və s. “Azərbaycan” jurnalı Azərbaycan Yazıçılar Birliyinin orqanıdır.

II. [yun. organon – alət] İçərisinə körüklərlə hava doldurulan borular sistemindən ibarət olan iri klavişli musiqi aləti; ərğənun.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

orqan

organ


Last searches: